AZE | RUS | ENG |

“Azərbaycan yenidən münaqişənin alovlanmasını istəmir»

“Azərbaycan yenidən münaqişənin alovlanmasını istəmir»
Prezident İlham Əliyev bu gün Bakıda keçirilən II Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edib

Kaspi.az-ın məlumatına görə, dövlət başçısı birinci forumdan keçən dövr ərzində bir çox uğurların əldə olunduğunu deyib. Prezident İlham Əliyev bütün dünya xalqlarının bir yerdə olması, qarşılıqlı anlaşma meyillərinin güclənməsi, dini-milli zəmində qarşıdurmalara yol verilməməsi üçün forumun qarşıya qoyduğu məsələlərin vacib olduğunu deyib. 2008-ci ildə başlayan Bakı prosesinin multikulturalizmin inkişafına güclü təkan verdiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, bu sahədə ideyaların təbliği üçün Azərbaycan təcrübəsi vacibdir. “Multikulturalizm bizim həyat tərzimizdir” deyən dövlət başçısı Azərbaycanda heç vaxt milli-dini zəmində qarşıdurmanın olmadığını, multukulturalizmin gələcəyinə inandığını dedi, bu sahədə meyillərin gücləndirilməsinin Bakı Beynəlxalq Humanitar Forumunun əsas məqsədlərindən biri olduğunu diqqətə çatdırdı. Mövcud problemlərin aradan qaldırılmasında təhsilin böyük rol oynadığını deyən Prezident İlham Əliyev bu gün Azərbaycanda bu sahənin inkişafına böyük diqqət göstərildiyini, ölkəmizdə təbii resursların insan kapitalına çevrilməsi üçün proqramların qəbul edildiyini, iqtisadi-siyasi islahatların aparılması istiqamətində mühüm addımların atıldığını bildirdi. Mədəniyyətin inkişafı ilə bağlı ölkəmizdə mühüm işlərin görüldüyünü deyən Prezident İlham Əliyev bildirdi ki, xalqımız hər zaman milli xüsusiyyətlərini, dəyərlərini qoruyub saxlayıb. Prezident İlham Əliyev çıxışında humanitar sahənin inkişafında siyasətçiləri daha məsuliyyətli olmağa çağırdı. Bildirdi ki, belə olan halda dünyada gərginliyin hərarəti kəskin şəkildə aşağı düşər. Dövlət başçısı ölkəmizin 20 ildir humanitar fəlakətlə üzləşdiyini, Dağlıq Qarabağ və onun ətrafındakı bölgələrin ermənilər tərəfindən işğal olunduğunu, 1 milyondan çox insanın doğma torpaqlarına qayıda bilmədiyini də diqqətə çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bölgədə sabitləşdirici faktordur, elə buna görə də bölgədə yenidən münaqişənin alovlanmasını istəmir. II Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimi qonaqların çıxışı ilə davam edib. Azərbaycan haqqında filmin nümayiş olunub. Bakı Beynəlxalq Humanitar Forumu XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Forumun iştirakçıları beynəlxalq ictimai-siyasi fikri formalaşdırmaq iqtidarında olan tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, mötəbər beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələridir. Xatırladaq ki, Forumun həmtəsisçiləri Azərbaycan və Rusiya prezidentləridir. Budəfəki Bakı Beynəlxalq Humanitar Forumunda 60-dan çox ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 700-ə yaxın nümayəndə iştirak edir. Bununla da daim sülhü dəstəkləyən, dünyada sabitliyə və qlobal problemlərin həllinə öz töhvəsini verən Azərbaycan bu cür tədbirləri keçirməklə terrorizm və ekstremizmlə mübarizəyə, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa nə qədər böyük önəm verdiyini nümayiş etdirir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917