AZE | RUS | ENG |

Azərbaycan yeni ixrac missiyalarının istiqamətlərini açıqladı

Azərbaycan yeni ixrac missiyalarının istiqamətlərini açıqladı
Cari ilin sonunadək Azərbaycan daha 12 ixrac missiyası təşkil etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Y.Abdullayev bildirib ki, Həştərxan şəhərində təşkil edilən ixrac missiyasını da nəzərə alaraq, bu missiyaların sayı 2018-ci ildə 13-ə çatacaq: "İrxac missiyaları İsveçrə, Monqolustan, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Almaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinə təşkil ediləcək. İki missiya Rusiya və Çinə göndəriləcək. Cari ilin sonunadək Azərbaycan 6 beynəlxalq sərgidə vahid stendlə çıxış edəcək".

AZPROMO rəhbəri həmçinin qeyd edib ki, bu ayın sonunda Ukraynada, gələn ay isə Latviyada Azərbaycan Ticarət evlərinin açılışı planlaşdırılır. Bu ilin sonuna qədər Şanxayda Azərbaycan Şərab Evi də açılacaq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.93
GEL 1 1 Gürcüstan larisi 0.5945
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1564
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1834
CHF 1 1 İsveçrə frankı 1.7334
KWD 1 1 Küveyt dinarı 5.5984
TRY 1 1 Türkiyə lirəsi 0.2943