AZE | RUS | ENG |

"Azərbaycan yeni dövrün tələblərinə uyğun inkişaf xətti seçib"

"Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi "Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü" fikri artıq əməli nəticəsini göstərir. Ölkə başçısının imzaladığı fərmanların məqsədi məhdud resurslardan istifadə etməklə maksimum uğurlara nail olmaqdır". Bu fikirləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib.
JEM sədrinin sözlərinə görə, yeni texnologiyaların sürətlə inkişafı, robotlaşmanın, süni intellektin həyatın lokomativinə çevrilməsi ölkəmizin də bu tələblərə cavab verməsini şərtləndirir: "İqtisadi kapitalın sürətlə insan kapitalına çevrilməsi tendensiyasının əsasnı qoyan Przident İlham Əliyev məlum fərmanlarla bu prosesin daha da şaxələndirilməsinə təkan verdi. Artıq bir nəfərin beyin məhsulu daha çox kapital gətirə bilir, nəinki onlarla şəxsin işlədiyi hər hansı qurum”.
C.Musaoğlu fərmanlarda kadrların yerləşdirilməsi ilə bağlı əksini tapan tapşırıqlara da diqqət çəkib. Bildirib ki, ləğv olunan, birləşdirilən, funksiyalarında dəyişiklik edilən qurumların əməkdaşları böyük ehtimalla bacarıqlarına uyğun vəzifələrlə təmin olunacaq, həmin kadrlar vəzifələrinin icrası zamanı çevikliyi, yüksək səmərəliliyi əsas prioritet kimi götürməlidirlər: "Daimi inkişaf demokratik cəmiyyətlərin təməl prinsipidir. Azərbaycan yeni dövrün tələblərinə uyğun inkişaf xətti seçib. İslahatlara məhz bu məntiqin prizmasından yanaşsaq, baş verən müsbət mənada böyük dəyişiliklərin cəmiyyətə fayda verəcəyini yəqinləşdirmiş olarıq”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917