• cümə axşamı, 25 aprel, 08:51
  • Baku Bakı 14°C

Azərbaycan yeni “Boeing 767” alır

24.09.14 14:47 1361
Azərbaycan yeni “Boeing 767” alır
Yeni təyyarə, eləcə də AZAL-ın parkında istismarda olan digər təyyarələr 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları zamanı istismar olunacaq.
"APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AZAL-ın vitse prezidenti Sabir İlyasov bildirib.
S. İlyasovun sözlərinə görə, AZAL I Avropa Oyunlarının tərəfdaşı kimi bu istiqamətdə böyük hazırlıq işləri görür.
“Biz sərnişindaşımadan başlayaraq, tam heyətlə bu beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinə çalışırıq”,- deyə S. İlyasov qeyd edib.
O, əlavə edib ki, AZAL I Avropa Oyunları ilə əlaqədar hazırda həftədə 3-4 dəfə yerinə yetirilən aviareyslər hər gün həyata keçiriləcək.
banner

Oxşar Xəbərlər