• cümə axşamı, 25 aprel, 14:10
  • Baku Bakı 23°C

Azərbaycan XXI əsrin ən inkişaf etmiş müsəlman ölkəsidir - ABŞ-ın “Hill” qəzeti:

13.06.15 12:40 956
Azərbaycan XXI əsrin ən inkişaf etmiş müsəlman ölkəsidir - ABŞ-ın “Hill” qəzeti:
ABŞ-ın “Hill” qəzeti Azərbaycanı XXI əsrin ən inkişaf etmiş müsəlman ölkəsi adlandırıb.
APA-nın məlumatına görə, “Azərbaycan, neft və XXI əsr” başlıqlı məqalədə bildirilir ki, Cənubi Qafqaz ölkəsi olan Azərbaycan qədim “İpək yolu” ölkəsi kimi tanınır.
Müəllif 800 il əvvəl inşa olunmuş qədim məscidin Azərbaycanda olduğunu xüsusi vurğulayır. Zəngin neft ölkəsi olan Azərbaycanın İkinci dünya müharibəsi zamanı SSRİ-nin neft tələbatını tam ödəyib. Həmçinin qədim memarlıq ənənələrini qoruyub saxlayan paytaxt Bakının dünyanın ən müasir və inkişaf etmiş şəhərlərindən birinə çevrildiyi qeyd olunur. 1990-c il 20 yanvar hadisələri zamanı Azərbaycan xalqının müstəqillik əldə etdiyi də vurğulanır. “Artıq 20 ildən çoxdur ki, Azərbaycan ərazisi erməni işğalçıları tərəfindən zəbt olunub. BMT Təhlükəsizlik Şurasında isə bu ərazilərin azad olunmasını tələb edən qətnamələr qəbul edilib”.
Azərbaycanda yüksək səviyyədə tolerantlıq mühitinin olduğunu vurğulayan müəllif Bakıda müxtəlif dinlərə məxsus məbədlərin olduğunu önə çəkib.
İlk Avropa oyunlarının keçirilməsini Azərbaycanın növbəti uğuru adlandıran müəllif təşkilati işlərə 10 minlərlə könüllünün cəlb edildiyini xüsusi qeyd edib. Məqalədə bildirilir ki, erməni idmançıların da bu yarışlara cəlb edilməsi Azərbaycanın sülhpərvər ölkə olduğunu göstərir.
banner

Oxşar Xəbərlər