• cümə, 29 Mart, 11:02
  • Baku Bakı 5°C

Azərbaycan xorvatiyalı iş adamını İnterpola verdi

10.09.13 11:12 1382
Azərbaycan xorvatiyalı iş adamını İnterpola verdi
APA-nın məlumatına görə, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib. Məlumatda qeyd edilir ki, Xorvatiya vətəndaşı, 34 yaşlı Damir Golac vergidən yayınmaqda ittiham olunur.
Azərbaycan məhkəməsi onun dövlətlərarası axtarışa verilməsi barədə qərar çıxarıb və saxlanılması üçün İnterpola müraciət edilib. Damir Golac Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan bir çox əcnəbi iş adamını beynəlxalq axtarışa verib.

banner

Oxşar Xəbərlər