• cümə axşamı, 28 mart, 14:41
  • Baku Bakı 16°C

Azərbaycan XİN səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib

27.03.20 11:10 1336
Azərbaycan XİN səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib
"Xarici İşlər Nazirliyi bütün səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib ki, bir-bir hamı ilə danışsın".
APAxəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında Xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, vətəndaşlar köməklik etmək istəyirlərsə, imkan daxilində öz evlərində qalsınlar.
"Misal üçün, Türkiyədə və ya Ukraynada. Çünki onlar virus daşıyıcısı ola bilərlər. Ona görə də imkan daxilində bir-bir danışırıq ki, qoy olduqları yerdə qalsınlar. Çünki Azərbaycana gəlib karantində qalacaqlar. Ondan yaxşısı elə öz yaşadıqları yerlərdə qalsınlar", - deyə E.Məmmədyarov vurğulayıb.
banner

Oxşar Xəbərlər