• cümə axşamı, 28 mart, 17:55
  • Baku Bakı 16°C

Azərbaycan XİN rəhbəri: “Qarabağ münaqişəsinin həlli üçün baza sənədləri BMT qətnamələridir”

25.05.17 12:50 965
Azərbaycan XİN rəhbəri: “Qarabağ münaqişəsinin həlli üçün baza sənədləri BMT qətnamələridir”
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün baza sənədləri məhzBMTTəhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrdir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziriElmar MəmmədyarovBMTbaş katibi Antonio Qutereslə görüşü zamanı deyib.
O bu qətnamələrin tələblərinin hələ də yerinə yetirilməməsinin təəssüf doğurduğunu əlavə edib.
Münaqişənin həlli üçün substantiv danışıqların davam etdirilməsinin vacibliyini vurğulayan nazir Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə əsas təhdid olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasındaBMT-nin rolundan bəhs edib.
banner

Oxşar Xəbərlər