• cümə axşamı, 25 aprel, 08:48
  • Baku Bakı 14°C

Azərbaycan XİN rəhbəri: “Güc yolu ilə sərhədlərin dəyişdirilməsinin qəbuledilməzliyinə hamı riayət etməlidir”

12.04.17 15:20 834
Azərbaycan XİN rəhbəri: “Güc yolu ilə sərhədlərin dəyişdirilməsinin qəbuledilməzliyinə hamı riayət etməlidir”
"Dağlıq Qarabağ münaqişəsinin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziriElmar MəmmədyarovPolşada estoniyalı həmkarı Sven Mikserlə görüşü zamanı deyib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən E. Məmmədyarov bildirib ki,Avropa İttifaqıtərəfindən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət məsələsində vahid yanaşmanın tətbiq edilməsi vacibdir.
banner

Oxşar Xəbərlər