• cümə axşamı, 28 mart, 16:40
  • Baku Bakı 16°C

Azərbaycan XİN rəhbəri: “Bütün münaqişələrə vahid yanaşma və prinsiplər tətbiq olunmalıdır”

11.04.17 14:55 641
Azərbaycan XİN rəhbəri: “Bütün münaqişələrə vahid yanaşma və prinsiplər tətbiq olunmalıdır”
"Bütün münaqişələrə vahid yanaşma və prinsiplər tətbiq olunmalıdır”.APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziriElmar Məmmədyarovpolşalı həmkarı Vitold Vaşçikovski ilə görüşü zamanı deyib.
E. Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətinə məlumat verib, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və münaqişənin bu prinsiplər əsasında həllində dəstək nümayiş etdirdiyinə görə Polşa tərəfinə təşəkkürünü ifadə edib.
banner

Oxşar Xəbərlər