• cümə, 29 Mart, 17:46
  • Baku Bakı 14°C

Azərbaycan XİN rəhbəri: “BMT-nin substantiv danışıqları dəstəkləməsi təqdir olunur”

20.07.17 17:57 1219
Azərbaycan XİN rəhbəri: “BMT-nin substantiv danışıqları dəstəkləməsi təqdir olunur”
Azərbaycan xarici işlər naziriElmar Məmmədyarovölkəmizdə səfərdə olanBMTbaş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yençanı qəbul edib.
XİN-in mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Bakıda Qüds məsələsinə həsr olunan beynəlxalq konfrans çərçivəsində baş tutan görüş və müzakirələrin səmərəli olduğunu deyən M. Yença Yaxın Şərq də daxil olmaqla, dünyanın digər regionlarında hərtərəfli inkişafın ədalətli sülhün bərqərar olmasından asılı olduğunu bildirib.
E. Məmmədyarov isə Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm ənənələrinə toxunaraq müasir dövrdə baş verən münaqişələrin qarşısının alınması və həll edilməsi üçün multikultural dəyərlərin beynəlxalq səviyyədə təşviq edilməsinin vacibliyini vurğulayıb.
Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalından danışan E. MəmmədyarovBMTtərəfindən münaqişənin həll edilməsi üçün substantiv danışıqların dəstəklənməsinin təqdir olunduğunu qeyd edib. O, həmçinin münaqişə nəticəsində Azərbaycanın üzləşdiyi humanitar fəlakətin qarşısının alınmasında, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsindəBMT-nin ixtisaslaşmış qurumlarının, xüsusilə Qaçqınlar üzrə Ali Komissarlığın rolunu önə çəkib.
Danışıqlar prosesinin gedişi barədə məlumat verən E. Məmmədyarov əlavə edib ki, münaqişənin həllinin əsasını təşkil edənBMTTəhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən tam şəkildə və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır.
Eyni zamanda nazir Azərbaycanın təşəbbüsü iləBMTTəhlükəsizlik Şurasında ilk dəfə "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi” mövzusunda iclasın keçirildiyini xatırladaraq, sülh və sabitliyin əldə edilməsində bu kimi təşkilatların sıx əməkdaşlığının təqdirəlayiq hal olduğunu vurğulayıb.
Görüşdə həmçinin Azərbaycan-BMTtərəfdaşlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər