• cümə, 29 Mart, 11:40
  • Baku Bakı 5°C

Azərbaycan XİN rəhbəri Argentinanın sabiq vitse-prezidenti ilə görüşüb

17.03.17 17:10 797
Azərbaycan XİN rəhbəri Argentinanın sabiq vitse-prezidenti ilə görüşüb
Azərbaycan xarici işlər naziriElmar MəmmədyarovV Bakı Qlobal Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Argentinanın sabiq vitse-prezidenti Xulio Sezar Kobos və Deputatlar Palatasının Beynəlxalq Münasibətlər Komitəsinin baş direktoru Xuan de Dios Sinkuneqini qəbul edib.
XİN-in mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Argentina arasında münasibətlərin hazırkı durumundan məmnunluq ifadə edilərək, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından perspektiv vəd edən sahələr barəsində fikir mübadiləsi aparılıb.
Xüsusilə, kənd təsərrüfatı, enerji sektoru, alternativ enerji mənbələri və infrastruktur sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğu qeyd edilib.
Azərbaycan və Argentina arasında çoxtərəfli platformada da yüksək səviyyəli münasibətlər qurulduğu vurğulanaraq,BMTçərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi haqqında danışılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər