• cümə axşamı, 25 aprel, 19:37
  • Baku Bakı 21°C

Azərbaycan XİN Paşinyana cavab verib

16.04.21 09:50 365
Azərbaycan XİN Paşinyana cavab verib
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyana cavab verib.
XİN Mətbuat xidməti idarəsindənAPA-ya verilən məlumata görə, aprelin 14-də Ermənistan Parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb: "Nikol Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.
Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:
" Yurdumuzu çiynəyən
Sayğısız hər kim olsa.
İnan ki, çox sürmədən,
Diz çökəcək qarşıda”.
banner

Oxşar Xəbərlər