• çərşənbə, 24 Aprel, 03:45
  • Baku Bakı 14°C

Azərbaycan XİN: Manvel Qriqoryan Xocalı soyqırımı və digər hərbi cinayətlərdə iştirak edib

18.06.18 13:58 576
Azərbaycan XİN: Manvel Qriqoryan Xocalı soyqırımı və digər hərbi cinayətlərdə iştirak edib
"Ermənistanmüdafiə nazirinin sabiq müavini, Ermənistanın milli qəhrəmanı Manvel QriqoryanXocalısoyqırımının törədilməsi, AzərbaycanınFüzulivəCəbrayılrayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib".

Bu sözləri APA-ya açıqlamasında Ermənistanmüdafiə nazirinin sabiq müavini, deputat Manvel Qriqoryanın həbsinə münasibət bildirən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev xatırladıbki, 2014-cü ilin noyabrında "Azadlıq" radiosunun erməni bürosuna verdiyi müsahibəsində M. Qriqoryan Qarabağ döyüşlərindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə və 'fəxrlə' bəyan edib: "Bu etirafına görə hətta erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunan və bu kimi əməlləri ilə Cenevrə konvensiyalarının pozulmasında ittiham olunan Manvel Qriqoryan həqarətlə Cenevrə konvensiyaları-filan tanımadığını bəyan etmiş, erməni olması ilə fəxr etdiyini demişdi.Ermənistanın milli qəhrəmanı olan bu şəxs həminaçıqlamalarından sonra da Ermənistanın Respublika Partiyasının imtiyazlı üzvü kimi fəaliyyətini davam etdirmişdi.Demokratiyadan və insan hüquqlarındandəm vuran Ermənistanın yeni hakimiyyəti əsl mahiyyətini indi sübut etməlidir. Təəssüf ki, Manvel Qriqoryana qarşı başlanılan cinayət işi onun yalnız Ermənistanda törətdiyi iqtisadi cinayətlərlə məhdudlaşır. Cinayət işinin tərkib hissəsi olaraq onun müharibə dövründə törətdiyi hərbi cinayətləri, xüsusilə özünün etiraf etdiyi kimi, əsir və girov götürülmüş yüzlərlə azərbaycanlının taleyi və onlara qarşı törədilmiş əməllər araşdırılmalıdır.Ümid etmək istərdik ki, beynəlxalq insan hüquqlarını müdafiəsi təşkilatları, o cümlədənAvropa Şurasıbu məsələdə fəallıq nümayiş etdirəcəklər”.

Qeyd edək ki, Manvel Qriqoryan bir neçə gün öncə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşlar edilməsi ilə əlaqədar saxlanılıb. Daha sonra Milli TəhlükəsizlikBürosunun yaydığı məlumatda deyilir ki, deputat 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.
banner

Oxşar Xəbərlər