• cümə axşamı, 18 aprel, 23:50
  • Baku Bakı 21°C

Azərbaycan XİN İrandan izahat gözləyir

14.05.13 09:38 1458
Azərbaycan XİN İrandan izahat gözləyir
Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
"Hələlik İran tərəfi yalnız vətəndaşlarımızı qanunsuz fəaliyyətə görə ittiham edib, lakin fəaliyyətlərinin nədən ibarət olduğunu dəqiqləşdirməyib".
Onun sözlərinə görə, Bakı üçün Azərbaycan vətəndaşlarının saxlanma şəraiti prioritet məsələdir.
Abdullayev bildirib: "Rəsmi Bakı Azərbaycanın Təbrizdəki konsulunun qısa müddət ərzində vətəndaşlarımızla görüşə bilməsi üzərində işləyir. Görüşdə məqsəd, birinci növbədə, biri qadın olan vətəndaşlarımızın saxlanma şəraiti ilə tanış olmaqdır".
Onun sözlərinə görə, rəsmi Bakı xalqlar arasında mehriban qonşuluq münasibətləri və mövcud əlaqələri nəzərə alaraq, ümid edir ki, İran tərəfi görüşü təşkil edəcək və yaranmış vəziyyətlə əlaqədar bütün zəruri izahatları verəcək.
Xatırladaq ki, aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib.
banner

Oxşar Xəbərlər