• cümə, 26 Aprel, 19:38
  • Baku Bakı 22°C

Azərbaycan XİN-in sözçüsü "Nezavisimaya qazeta"da Kazimirova cavab verib

06.02.17 12:45 1145
Azərbaycan XİN-in sözçüsü "Nezavisimaya qazeta"da Kazimirova cavab verib
ATƏT-in Minsk qrupunun keçmiş rusiyalı həmsədri Vladimir Kazimirovun "Nezavisimaya Qazeta”da Azərbaycana qarşı qərəzli və Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən yazılarına cavab olaraq həmin qəzetdə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin "Армяно-азербайджанский, нагорно-карабахский конфликт в кривом зеркале Владимира Казимирова” adlı məqaləsi dərc olunub. (http://www.ng.ru/ideas/2017-02-06/9_6921_fake.html)
APA-nın məlumatına görə, məqalədə Vladimir Kazimirovun münaqişənin həll olunmamasının məsuliyyətini Azərbaycanın üzərinə atmasına etiraz edən H. Hacıyev bildirir ki, əgər bu şəxs özünü bu qədər səriştəli hesab edirsə, həmsədr olan zaman, 1996-cı ildə münaqişənin tam həllinə nail olmağı bacarmalı idi.
H. Hacıyev qeyd edib ki, münaqişənin həlli ilə bağlı iki tərəf var: Ermənistan və Azərbaycan. Onun sözlərinə görə, bütün beynəlxalq müşahidəçilər də məhz bu formatda işləyir. XİN sözçüsü bildirib ki, keçmiş rusiyalı diplomatın işğalçını müdafiə etmək təşəbbüsü vəziyyəti yalnız pisləşdirir. O bəyan edib ki, istənilən insidentlərdən yayınmağın yeganə yolu Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılmasıdır.
Qeyd edək ki, V. Kazimirovun sonuncu yazısı yanvarın 26-da dərc edilib.
banner

Oxşar Xəbərlər