• cümə, 19 Aprel, 20:36
  • Baku Bakı 24°C

Azərbaycan XİN həmsədrlərə etiraz etdi

20.11.14 17:05 942
Azərbaycan XİN həmsədrlərə etiraz etdi
"ATƏT-in Minsk Qrupu həmsədrlərinin 19 noyabr tarixli bəyanatında “neytral ərazi” ifadəsinin işlədilməsi qəbuledilməzdir". Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev deyib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinə məxsus hərbi helikopterin zərərsizləşdirilməsi Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Ağdam rayonu ərazisində baş verib.
H. Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasının Ağdam rayonunun işğalı məxsusi olaraq BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində qəti şəkildə pislənilib: “Bu qətnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olunub və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz, tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb edilir. Həmin sənəddə güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğu vurğulanır”.
banner

Oxşar Xəbərlər