• şənbə, 20 Aprel, 15:21
  • Baku Bakı 23°C

Azərbaycan XİN: Ermənistan substantiv danışıqlara mane olmağa çalışır

29.09.16 15:31 1069
Azərbaycan XİN: Ermənistan substantiv danışıqlara mane olmağa çalışır
"Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetindəki çıxışı zamanı ənənələrinə sadiq qalaraq beynəlxalq ictimaiyyəti aldatmağa və çaşdırmağa çalışıb”.

BunuAPA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, E. Nalbandyan məqsədli şəkildə Vyana və Sankt-Peterburq görüşlərinin mahiyyəti və nəticələrini təhrif edib: " Ermənistan xarici işlər naziri tərəfinsən əsassız olaraq ikinci və üçüncü dərəcəli texniki məsələlər gündəmə gətirilməklə, əsas hədəfdən yayınmaq siyasəti yürüdülür. Sankt-Peterburq görüşünün əsas nəticəsi ondan ibarət idi ki, münaqişə tərəfləri olan Azərbaycan və ErmənistanATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə substantiv danışıqlara başlamalıdır. Substantiv danışıqların da yekun nəticəsi mövcud "status-kvo”nun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərinin işğaldan azad olunmasıdır. Danışıqlar prosesinin mahiyyəti və məğzi bundan ibarətdir. Substantiv danışıqlar prosesi gedir. Sadəcə olaraq Ermənistan tərəfi müxtəlif təxribatlarla, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif atəş hazırlığı məşqləri və digər təxribatçı addımlar həyata keçirməklə, bu prosesə mane olmağa çalışır".
banner

Oxşar Xəbərlər