Azərbaycan XİN: Ermənistan bəyanatına uyğun davranmalıdır

Azərbaycan XİN: Ermənistan bəyanatına uyğun davranmalıdır

Cəmiyyət
14 İyun 2019, 15:36 231
"Ermənistan Xarici İşlə Nazirliyinin sonuncu bəyanatında qeyd edilən "sülhə əlverişli mühitin yaradılması” üçün bu bəyanata uyğun davranmaq lazımdır".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Trend-ə şərhində deyilir.
XİN-in şərhində qeyd edilir: "Təəccüblüdür, Ermənistan müdafiə nazirinin Azərbaycanlı hərbi qulluqçuları məhv etmək əmri və snayperləri təltif etməsi sülh şəraitinin yaradılmasına nə dərəcədə uyğun gəlir?! Xatırladırıq ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsində və təbii ki, danışıqların irəlilədilməsində maraqlı tərəfdir. Vurğulayırıq ki, danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxardılmasıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarında qanunsuz mövcudluğunu saxlayacağı təqdirdə, danışıqların başqa vacib hissəsi ola bilməz. Nə qədər tez Ermənistan bu reallığı dərk etsə, bir o qədər tez bölgəmizə dayanıqlı sülh, inkişaf və rifah təmin olunacaq".