• çərşənbə, 24 Aprel, 10:43
  • Baku Bakı 13°C

Azərbaycan XİN Ermənistan baş nazirinin açıqlamasına münasibət bildirib

07.06.18 14:17 792
Azərbaycan XİN Ermənistan baş nazirinin açıqlamasına münasibət bildirib
"Ermənistan rəhbərliyi tərəfindən verilən bu kimi açıqlamaları münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım kimi qiymətləndiririk".
Bunu APA-ya açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan baş nazirinin açıqlaması ilə əlaqədar bildirib:
"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və işğalın davam etməsi bilavasitə münaqişə tərəfi kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini müəyyən edir.
Ermənistan rəhbərliyini əldə edilmiş razılaşmaların kağız üzərində qalması narahat edirsə, ondaBMTTəhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməlidir. Bu qətnamələrdə işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur.
Ermənistanın yeni rəhbərliyinə xatırlatmaq istərdik ki, AzərbaycanınDağlıq Qarabağbölgəsinin erməni icmasının da vətəndaş statusu dəyişməyib. Onlar Dağlıq Qarabağın Azərbaycan icması ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşları olaraq qalmaqda davam edirlər. Dağlıq Qarabağda cərəyan edən son proseslər bir daha nümayiş etdirdi ki, AzərbaycanınDağlıq Qarabağbölgəsinin erməni icması mütəşəkkil cinayətkar qruplaşma və mafiya strukturunun total əsarəti və istismarındadır.
Danışıqlar prosesi ilə əlaqədar Azərbaycan tərəfi öz mövqeyini açıq və birmənalı şəkildə dəfələrlə ifadə edib. Münaqişənin tezliklə həll edilməsi, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan mövcud format və gündəlik əsasında danışıqların davam etdirilməsinə hazırdır. Danışıqların hədəfi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasıdır.
Ermənistan tərəfi anlamalıdır ki, işğalçı və təcavüzkar ölkə olan Ermənistanla 25 ildən artıq danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir", - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Ermənistan parlamentinin xüsusi iclasında çıxışı zamanı Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki,Dağlıq Qarabağmünaqişəsi ilə bağlı danışıqlar separatçı rejimin rəhbərliyinin iştirakı olmadan effekt verə bilməz.
N. Paşinyan deyib ki,Robert KoçaryanErmənistan gəlməzdən öncə Qarabağın seçilmiş "prezidenti”,Serj Sarkisyanisə qondarma "Dağlıq QarabağRespublikası”nın müdafiəsinin təşkilatçılarında biri olub: "Ona görə də onlar Qarabağın adından danışıqlarda iştirak etmək mandatına malik ola bilərdilər. Lakin eyni şeyi mən də edə bilmərəm. Bunə mənim nə hüquqi, nə siyasi, nə də mənəvi haqqım var. Qarabağ xalqı Ermənistanda seçkilərdə iştirak etmir. Onlar öz hakimiyyətlərinə malikdirlər, buna görə də danışıqlarda onları yalnız legitim hökumətləri təmsil edə bilər”.
banner

Oxşar Xəbərlər