• cümə axşamı, 18 aprel, 19:58
  • Baku Bakı 21°C

Azərbaycan XİN başçısı səfirin qətli ilə bağlı Sergey Lavrova başsağlığı verib

20.12.16 08:50 940
Azərbaycan XİN başçısı səfirin qətli ilə bağlı Sergey Lavrova başsağlığı verib
Azərbaycan xarici işlər naziriElmar MəmmədyarovRusiya Federasiyasının Türkiyə Respublikasındakı səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi ilə əlaqədar həmkarı Serqey Lavrova başsağlığı məktubu göndərib.
Azəırbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya daxil olan məlumatda qeyd edilib ki,Elmar Məmmədyarovməktubda dərin kədər və təəssüf hissi ilə səfir Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini qeyd edərək Serqey Lavrova dərin hüznlə başsağlığını ifadə edib.
E. Məmmədyarov məktubda, həmçinin, öz adından və Xarici İşlər Nazirliyinin kollektivi adından Andrey Karlovun ailəsinə və yaxınlarına başsağlığının çatdırılmasını xahiş edib.
banner

Oxşar Xəbərlər