AZE | RUS | ENG |

Azərbaycan XİN başçısı: “Biz hələ də həmsədrlərdən cavab gözləyirik”

Azərbaycan XİN başçısı: “Biz hələ də həmsədrlərdən cavab gözləyirik”
“Rusiyalı həmsədr mənə söz verdi ki, azərbaycanlıların Kəlbəcərdə girov götürülməsi məsələsini Ermənistan qarşısında qaldıracaq”


“Azərbaycan prezidenti həmsədrlərlə Bakı görüşündə Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması ilə bağlı məsələ qaldırıb” APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, rusiyalı həmsədrlə də bu məsələ barədə danışıb: “O mənə söz verdi ki, Ermənistan qarşısında bu haqda məsələ qaldıracaq. Biz hələ də onlardan cavab gözləyirik. Girovlar qaytarılmalıdır. Minsk qrupu bu məsələdə səylərini əsirgəməməlidir və inanıram ki, həmsədrlər bununla məşğul olurlar”. D. Əsgərov və Ş. Quliyevin üzərində qurulan qanunsuz məhkəmə ilə bağlı suala isə nazir qısa cavab verib: “Bu məhkəmə qanunsuzdur. Ona görə artıq şərhə ehtiyac yoxdur”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916