• cümə, 29 Mart, 09:11
  • Baku Bakı 5°C

Azərbaycan Xəzərdə Rusiya ilə birgə təlim keçirəcək

23.07.14 13:24 1218
Azərbaycan Xəzərdə Rusiya ilə birgə təlim keçirəcək
Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin S-001 bort nömrəli sərhəd gözətçi gəmisi Rusiyanın Mahaçqala limanına səfər edib.
APA-nın Rusiyanın «AiF-Dağıstan» agentliyinə istinadən verdiyi məlumata görə, DSX Sahil Mühafizəsinin rəis müavini Hacıəli Hacıəliyevin başçılığı ilə gəmi heyəti Azərbaycan və Rusiya sərhədçilərinin iyulun 24-də Xəzər dənizində keçiriləcək birgə təlimində iştirak edəcək. Təlim dəniz bioloji resurslarının mühafizəsi ilə bağlı olacaq.
Azərbaycan gəmisi ilə birgə açıq dənizə Rusiyanın "Brilyant" layihəli iki gəmisi və iki hərbi kater çıxacaq.
Agentliyin məlumatına görə, cari ilin sentyabr ayında Həştərxanda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan dəniz bioloji resurslarının mühafizəsi üzrə razılaşmanı imzalamağı planlaşdırır.
banner

Oxşar Xəbərlər