• cümə, 29 Mart, 08:54
  • Baku Bakı 5°C

Azərbaycan Xəzər dənizində taktiki döyüş təliminə başlayıb

10.08.18 14:55 692
Azərbaycan Xəzər dənizində taktiki döyüş təliminə başlayıb
Dövlət Sərhəd Xidmə­ti (DSX)Xəzər dənizində taktiki döyüş təliminə start verib.
DSX-dən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən dəniz sər­hədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respubli­kasına mənsub bölməsində təhdidlərə qarşı effektiv mübarizənin tə­min edilməsi, döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Bu tədbirlər sırasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Çevik Hərəkət Qüvvələri tərəfindən birgə keçirilən taktiki döyüş təlimləri xüsusi yer tutur. Avqustun 10-da Dövlət Sərhəd Xidmə­tinin silahlı birləşmələri tərəfindən "Xəzər dənizinin Azərbaycan Res­publikasına mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi” möv­zusunda taktiki döyüş təliminə start verilib.
Xəzər dənizində Azərbaycan Respublikasının dövləti maraqlarının qorunması imkanlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimin əsas hədəfləri aşağıdakılardır:
Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infras­trukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili;
dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdiril­məsi;
sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, sualtı təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi;
gəmi və helikopterlərlə sərhəd axtarışının aparılması;
raket-artilleriya qurğularından atışların keçirilməsi;
Xəzər dənizi hövzəsindən qanunsuz məqsədlərlə istifadə hallarının, o cümlədən narkotik vasitələrin və digər qaçaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınması.
Təlimdən əvvəl DSX Çevik Hərəkət Qüvvələrinin bazasında tə­limə cəlb olunan helikopterlərə, pilotsuz uçan aparatlara, komanda-qərargah maşınlarına və xüsusi nəqliyyat vasitələrinə, çevik bölmələ­rin şəxsi heyətinə, DSX Sahil Mühafizəsinin sahil bazasında sərhəd gözətçi gəmilərinə, dənizçi şəxsi heyətə, döyüş texnikasına, xüsusi dalğıc avadanlıqlarına, rabitə ləvazimatlarına, kinoloji bölmələrə sıra baxışları keçirilib, onların təlimə hazırlıq səviyyəsi yoxlanılıb.
Sıra baxışları yekunlaşdırıldıqdan sonra təlimə cəlb olunan sər­həd gözətçi gəmiləri, uçuş vasitələri, digər xüsusi texnika və şəxsi heyət tərəfindən təlim üzrə tapşırıqların icrasına başlanılıb.
banner

Oxşar Xəbərlər