• şənbə, 20 Aprel, 15:46
  • Baku Bakı 23°C

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xarici ölkələrdəki nümayəndəlikləri ləğv edilib

01.12.16 09:47 1217
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xarici ölkələrdəki nümayəndəlikləri ləğv edilib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Türkiyə, Rusiya, İran, Qazaxıstan, Ukrayna və Türkmənistandakı nümayəndəlikləri ləğv edilib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin törəmə müəssisələrinin hüquqi statusu da dəyişib, törəmə hüquqi şəxslər adlandırılıb. Cəmiyyətin "Dənizçi” yardımçı kənd təsərrüfatı müəssisəsi ləğv edilib. Törəmə hüquqi şəxs statusunda "ACSC logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti, "Dənizçi” mənzil-tikinti kooperativi, xarici törəmə hüquqi şəxslər və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin iştirakçı olduğu birgə müəssisələr Cəmiyyətin strukturuna daxil edilib. "Zığ” Quru Yük Limanı və "İnflot” Dəniz Agentliyi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) siyahısına əlavə edilib.
banner

Oxşar Xəbərlər