• cümə, 29 Mart, 11:17
  • Baku Bakı 5°C

Azərbaycan xarici ticarət dövriyyəsinin 1,6 mlrd. dollarlıq müsbət saldosu yaranıb

10.06.17 21:30 1147
Azərbaycan xarici ticarət dövriyyəsinin 1,6 mlrd. dollarlıq müsbət saldosu yaranıb
Cari ilin yanvar-may ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,18% artaraq 7 267,0 mln. ABŞ dollarına çatıb.
"Report" bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu müddətdə idxal 15,44% azalaraq 2 816,9 mln. dollar, ixrac 44,05% artaraq 4 450,1 mln. dollar təşkil edib.
Beləliklə, cari ilin yanvar-may ayları ərzində xarici ticarət dövriyyəsində 1 633,2 mln. dollarlıq müsbət saldo yaranıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə mənfi saldo 281,5 mln. dollar təşkil edib.
Hesabata əsasən, Azərbaycan cari ilin ilk 5 ayı ərzində 155 ölkə ilə ticarət əməliyyatı həyata keçirib. Bu müddətdə Azərbaycan 2 183 adda məhsul ixracı həyata keçirib, ölkəyə isə 6 604 adda məhsul idxal olunub.
banner

Oxşar Xəbərlər