• cümə, 29 Mart, 08:49
  • Baku Bakı 5°C

“Azərbaycan xarici siyasətin diversifikasiyası siyasətini yürüdür”

02.09.13 10:41 1191
“Azərbaycan xarici siyasətin diversifikasiyası siyasətini yürüdür”
“Azərbaycan xarici siyasətin diversifikasiyası siyasəti yürüdür və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm ölkəyə çevrilib. Bu ölkənin ABŞ-la sıx münasibətləri formalaşıb”. APA-nın məlumatına görə, Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Dəyişən dünyada Cənubi Qafqaz” forumunda çıxışı zamanı politoloq, Stratfor Fondunun rəhbəri Corc Fridman deyib.
O Azərbaycanın seçim imkanlarının olduğunu vurğulayıb: “Ölkə diversifikasiya siyasəti yürüdür. Bir zamanlar Heydər Əliyev çoxlarından fərqli olaraq dünyanın dəyişdiyini anlayır və ölkənin siyasətini buna görə qururdu. Əgər Azərbaycan özünü Avropanın bir hissəsi kimi görmək istəyirsə, hansı Avropanın hissəsi olmaq istədiyi müəyyənləşdirməlidir. Artıq əvvəlki Avropa yoxdur. Hələlik Avropa zəifləyir və Rusiya bunu özü üçün bir imkan kimi görür. Avropanın zəifliyinin səbəbi vahid xarici siyasət kursunun olmamasıdır. Avropa vahid işlənmiş xarici siyasətə sahib deyil. Məsələn, Fransa bu gün Suriyaya hücum etməyə hazırdır, Almaniya isə bunu etməyə hazır deyil”.
banner

Oxşar Xəbərlər