• cümə, 19 Aprel, 22:10
  • Baku Bakı 24°C

Azərbaycan xaricə ixrac etdiyi məhsulların sayı və dəyəri artır

16.03.18 16:40 659
Azərbaycan xaricə ixrac etdiyi məhsulların sayı və dəyəri artır
Ötən il Azərbaycandan Almaniyaya 80 min dollar dəyərində nar şirəsi ixrac edilib.
"APA-Economics”in məlumata görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov bu gün ixracla bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, artıq bu ildən başlayaraq Qırğızıstana 30 min dollarlıq üzüm və şərab ixrac ediləcək: "Bu müqavilə Qazaxıstanda keçirilən ixrac missiyaları çərçivəsində baş tutub”.
R. Məmmədov deyib ki, artıq Birləşmiş Ərəb Əmirliklərinə 100 min dollar dəyərində qənnadı məhsulların ixracı təmin edilib. Bundan başqa, bu ölkəyə 233 min dollarlıq fındıq ixrac olunacaq.
R. Məmmədov qeyd edib ki, bu il Azərbaycandan Səudiyyə Ərəbistanına nar şirəsinin ixracına başlanılacaq: "Artıq bununla bağlı müqavilə imzalanıb. Bundan başqa, Rusiyaya fındıq ixrac ediləcək ki, bununla da bağlı 3 müqavilə imzalanıb. Həmçinin, Birləşmiş Ərəb Əmirliyinə 10 milyon dollarlıq nar məhsulu ixrac olunacaq".
banner

Oxşar Xəbərlər