• cümə axşamı, 28 mart, 17:31
  • Baku Bakı 16°C

Azərbaycan xalqının tarixi qalibiyyətinin rəmzi

13.04.21 16:15 611
Azərbaycan xalqının tarixi qalibiyyətinin rəmzi
"Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında son yüz illik tariximizin qısa xülasəsini verməklə milli yaddaşımızı bir daha obyektiv əsaslarda yeniləmiş oldu".
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, əlbəttə ilk baxışda bu keçmiş Dağlıq Qarabağ problemi və onun ətrafında baş verən hadisələr üzərindən şərh edilsə də əslində yüz illik siyasi tariximizin kritik mərhələlərində alınan siyasi qərarların izahı və təhlili idi:"Konseptual yanaşma, analiz-sintez və tarixi müqayisəli analiz metodları vasitəsilə dərin analitik təhlil apararaq nə qədər mürəkkəb mərhlələrdən keçərək ərzazi bütövlüyümüzü bərpa edə bildiyimizi izah etmiş oldu. İstər Xalq Cümhuriyyəti, istərsə də Sovet dövründə ermənilərin bütün mümkün vasitələrdən istifadə etməklə Qrabağı nəzarətimizdən çıxarmağa cəhd etdikləri bir daha aydın şəkildə ifadə edildi.Prezident İlham Əliyevin sovet dövrü tariximizə qısa ekskurs etməsi və bir daha Qarbaçov dönəmində yəni 1987-ci ildə böyük dövlət xadimi Heydər Əliyevin SSRİ-rəhbərliyindən istefa etməsindən sonra ermənilərin Qarabağ məsələsini gündəmə gətirmə cəsarətini göstərmələrini Heydər Əliyevin yoxluğunu fürsət bilmələri ilə əlaqələndirdi".
Millət vəkilinin sözlərinə görə,ermənilər hesab edirdilər ki, artıq Heydər Əliyevin proseslrə təsir imkanları məhdudlaşdırılıb və onlar asanlıqla Qarabağı ələ keçirə bilərlər: "Ona görə də Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqambekyan ilk dəfə Fransada bu məsələni qaldırmaqla prosesə start verdiyini zənn etdi. Ancaq ermənilər yenə səhf etmiş, Heydər Əliyev faktorunu düzgün qiymətləndirə bilməmişdilər.Tarix sübut etdi ki, məhz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev tarixi ədaləti bərpa etdi. Ermənilər və onların havadarlarının yüz il ərzində qurduqları işğalçılıq strategiyasını və Qarabağı Azərbaycandan qoparmaq niyyətlərini alt-üst edib tarixin arxivinə göndərdi. Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, biz bu tarixi qüruru əbədi olaraq yaşayacağıq. Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevirildi. Azərbaycan Ordusunun gücünün, qüdrətinin göstəricisi, eyni zamanda erməni işğalçı ordusunun bibırçı məğlubiyyətinin bütün dünyaya nümayişi oldu".
Alpər TURAN
banner

Oxşar Xəbərlər