• cümə, 19 Aprel, 17:34
  • Baku Bakı 25°C

Azərbaycan xalqının qələbə əzminin təcəssümü

05.04.19 15:36 581
Azərbaycan xalqının qələbə əzminin təcəssümü
"Azərbaycan Ordusunun parlaq tarixi zəfərlərindən olan şanlı Aprel döyüşlərindən 3 il ötür. Bir neçə gün davam edən Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini, ən əsası isə Azərbaycan xalqının qələbə əzmini, ədalətin tezliklə bərpa ediləcəyini göstərdi”.
Bu barədəmillət vəkili Naqif Həmzəyev "Kaspi” qəzetinə açıqlamasında bildirib. O qeyd edib ki, 3-4 gün ərzində əqidəsindən, siyasi mövqeyindən, sosial durumundan, yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz mövqeyini, həmrəyliyini, Vətən, torpaq, el-oba yolunda hər cür fədakarlığa hazır olduğunu göstərib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Prezident İlham Əliyevin söylədiyi bu fikirlər Aprel zəfərinin xalqımız üçün əhəmiyyətini aydın şəkildə ifadə edir. Aprel zəfəri torpaqlarımızın 20 faizinin düşmən tərəfindən işğal olunduqdan illər sonra xalqımıza qələbə sevinci yaşatdı. Azərbaycan xalqı qürur duydu ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinə, prinsipial mövqeyinə arxalanan şanlı Azərbaycan Ordusu qısa müddət ərzində düşmənin qüvvələrini qəti zərbələrlə sıradan çıxardaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Uğurlu əməliyyatlar nəticəsində Talış kəndi istiqamətindəki yüksəkliklər, strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi düşməndən azad olundu”.
Millət vəkili N.Həmzəyev deyib ki, Aprel döyüşlərində işğalçı Ermənistan milli birlikdən güc alan, işğalla barışmayan Azərbaycan xalqının qələbə əzmini görüb. Onun sözlərinə görə, Aprel döyüşləri "Böyük qayıdış” prosesinə start verilməsi kimi də qəbul edilməlidir. Deputat vurğulayıb ki, Ordumuz gələcəkdə daha böyük zəfərlərə imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək, tezliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı bütün kənd və qəsəbələrimiz Cocuq Mərcanlı kimi yenidən toy-büsatlı günlərinə qovuşacaq.
Alpər TURAN
banner

Oxşar Xəbərlər