AZE | RUS | ENG |

Azərbaycan xalqı sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq

Azərbaycan xalqı sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq
Bundan sonra da Azərbaycan xalqı sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq.

Trend-in məlumatına görə, bunu aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan möhtəşəm konsert proqramıda çıxışı edən Prezident İlham Əliyev deyib.

Dövlətimizin başçısı qeyd edib: " Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər nəticə göstərən ölkə olmamışdır. Azərbaycan xalqı öz seçimini etdi. Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək. Bu gün də Azərbaycan güclü dövlətdir. Daha güclü dövlət qurmalıyıq. Daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik. Biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər. Ancaq müstəqillik şəraitində Azərbaycan bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir. Mən Azərbaycan gənclərinə üz tutub deyirəm, - görürəm ki, burada toplaşanların əksəriyyəti gənclərdir, - ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Biz gənclərimizlə fəxr edirik. Bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq”.

Dövlət başçısı qeyd edib ki, biz müstəqil ölkəyik, güclü ölkəyik və biz tutduğumuz yolla gedirik.

"Əminəm ki, bu yol Azərbaycanı daha xoşbəxt gələcəyə çatdıracaq. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”,-deyə Prezident İlham Əliyev vurğulayıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000