• cümə axşamı, 28 mart, 13:15
  • Baku Bakı 16°C

Azərbaycan xalqı gələcək taleyinə və inkişafına səs verəcək

16.03.18 16:30 425
Azərbaycan xalqı gələcək taleyinə və inkişafına səs verəcək
"Bütün dünya ictimaiyyətinə məlumdur ki, Azərbaycanda şəffaf, ədalətli və demokratik seçkilər keçirilir". Bu fikri sechki-2018.az saytına Milli Məclisin deputatı Jalə Əliyeva aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərini bildirərkən deyib.
O bildirib ki, hazırlıq prosesinin yüksək səviyyədə həyata keçirilməsi Azərbaycanın seçki təcrübəsinin artdığını bir daha sübut edir.
J.Əliyeva qeyd edib ki, çoxsaylı beynəlxalq təşkilatların ölkəmizdə keçiriləcək seçkilərdə müşahidəçi statusunda iştirak etmək istəyi bu seçkilərə böyük maraq və diqqətin olduğundan xəbər verir.
"Azərbaycanda həm yerli, həm də xarici müşahidəçilərə bərabər şəraitin yaradılması şəffaflığım və demokratikliyin böyük göstəricisidir. Müşahidələrimə əsasən deyə bilərəm ki, seçkilərə hazırlıq prosesi sadəcə paytaxt Bakıda yox, ümumilikdə ölkə ərazisində, ən ucqar bölgələrdə, rayon və kəndlərdə yüksək səviyyədə həyata keçirilməkdədir”, - deyə deputat vurğulayıb.
İllərdir seçkilərlə bağlı maarifləndirmə işinin aparıldığını xatırladan J.Əliyeva deyib ki, Azərbaycan vətəndaşları öz hüquqlarını yaxşı bilirlər: "Seçkilərin keçiriləcəyi tarix bəlli olan gündən əlaqədar qurumlarla bərabər bütün xalqımız bu prosesin uğurla keçməsi üçün səfərbər olub. Bu mənada, əminəm ki, budəfəki Prezident seçkiləri də müstəqil Azərbaycanın tarixinə şəffaf, demokratik və ədalətli seçkilər kimi daxil olacaq. Xalqımız öz səsvermə hüququndan istifadə edərək, iradəsinə arxalanaraq gələcək taleyinə və inkişafına səs verəcək”
banner

Oxşar Xəbərlər