AZE | RUS | ENG |


Azərbaycan xalqı 2017-ci ildə sabitlik şəraitində yaşayıb - Fotolar

Azərbaycan xalqı 2017-ci ildə sabitlik şəraitində yaşayıb - Fotolar
Prezident İlham Əliyev: “Ölkəmiz apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bilib”

Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, yola saldığımız 2017-ci ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın dayanıqlı inkişafına səbəb olub. Təbii ki, bu, respublikada sosial-iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində də qeyd edib ki, 2017-ci ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr icra olunub, Azərbaycanda sabitlik təmin edilib. Dövlət başçısı sabitliyin mənbəyi kimi xalq-iqtidar birliyini nümunə göstərib. Onun sözlərinə görə, dünyada gedən xoşagəlməz proseslər, qanlı toqquşmalar, müharibələr, münaqişələr göstərir ki, sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Prezident İlham Əliyev Azərbaycan xalqının 2017-ci ildə sabitlik şəraitində yaşadığını vurğulayıb. Qeyd edib ki, 2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır. Prezidentin sözlərinə görə, baxmayaraq ki, neftin qiyməti hələ də aşağı səviyyədədir və Azərbaycanda neftin hasilatı düşür, ölkəmiz apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bilib. 
 
 

Xatırladaq ki, dövlət başçısının fikirlərini Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən faktlar da təsdiq edir. Belə ki, həmin müddətdə qeyri-neft iqtisadiyyatımız 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz artıb. Dövlət üçün prioritet sayılan kənd təsərrüfatında 2,8 faiz artım qeydə alınıb. İlin yekununa görə isə kənd təsərrüfatı sahəsində artım 4 faizdən çox olub. 2017-ci ilin 9 ayında xarici ticarət dövriyyəmiz 7 faiz artıb. Burada ixrac idxalı böyük fərqlə üstələyib. İlin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabər olub. Bununla yanaşı, ilin 9 ayında Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artıb və həmin vaxt bu rəqəm 42 milyard dollar səviyyəsində olub. Dövlət başçısının təəbirincə desək, əlbəttə ki, bu, bizim strateji ehtiyatımızdır, Azərbaycana həm iqtisadi, həm də siyasi müstəqillik verən və onu gücləndirən amillərdən biridir.
 
 

Azərbaycanın indiyə qədər, o cümlədən 2017-ci ildə əldə etdiyi iqtisadi uğurlar beynəlxalq mötəbər təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Misal üçün, 2009-cu ildə Dünya Bankının "Doing Business” hesabatında Azərbaycanın "Dünyanın aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirilməsini göstərmək olar. 2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin "Cənub-Cənub” mükafatını alıb və 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilib. Davosun Dünya İqtisadi Forumunun "2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatında” Azərbaycan 138 ölkə sırasında 37-ci yer tutub. Son olaraq isə 2017-ci ildə Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Prezident İlham Əliyev Azərbaycan xalqını bayram münasibətilə təbrik edərkən bu faktların da üstündə dayanıb. Bildirib ki, bu, ölkəmizdə aparılan çox ciddi islahatların gözəl nəticələr verdiyini bir daha sübut edir.
 
 

Ötən ilin ən əlamətdar hadisələrini diqqətə çatdıran Prezident İlham Əliyev "Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin uzadılması məsələsinin həll olunduğunu xatırladıb. Bildirib ki, bu kontrakt 2050-ci ilə qədər qüvvədə olacaq və ölkəmizə milyardlarla dollar gəlir gətirəcək, yalnız Azərbaycana verilən bonus 3 milyard dollardan çox olacaq. Üstəlik, sazişə əsasən SOCAR-ın "AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılacaq və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Prezident deyib ki, ötən il Cənub Qaz Dəhlizinin icrası da son mərhələyə qədəm qoyub. 2018-ci ildə TANAP layihəsinin açılışının gözlənildiyini vurğulayan ölkə başçısı bunu da tarixi hadisə kimi dəyərləndirib. Deyib ki, bu layihə vasitəsilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli tərəfdaşa çevrilir. Ümumi götürdükdə isə həm "Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin uzadılması, həm də TANAP layihəsinin açılışı Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün çox böyük əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyev qitələri birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ildə açılış mərasiminin keçirilməsinə də toxunub. Bildirib ki, Bakı-Tbilisi-Qars Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olacaq, bundan sonra onilliklər ərzində Azərbaycana həm iqtisadi, həm siyasi dividentlər gətirəcək. Məlumat üçün qeyd edək ki, Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Proqnozlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Bütün bunları nəzərə alsaq, dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası xüsusi strateji əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amildir.

2017-ci ilin iqtisadi uğurlarından söhbət açan dövlət başçısı İlham Əliyev Azərbaycanın önəmli tranzit ölkəyə çevrildiyini söyləyib. Şimal-Cənub nəqliyyat dəhlizinə toxunan Prezident deyib ki, açıq dənizlərə çıxışı olmayan Azərbaycan dünya miqyasında strateji nəqliyyat mərkəzinə çevrilir. Qeyd edək ki, hazırda "Şimal-Cənub” nəqliyyat dəhlizi üzərində iş gedir. Bu istiqamətdə də çox önəmli nəticələr var. Azərbaycan qısa müddətdə bu yolu da qonşu ölkələrlə birlikdə istifadəyə verəcək. Beləliklə, bundan sonra həm Şərqdən Qərbə və əks istiqamətə, həm də Şimaldan Cənuba və əks istiqamətə dəmir yolları Azərbaycan ərazisindən keçəcək. Bu, Azərbaycana əlavə iqtisadi mənfəət və əlbəttə ki, siyasi dividendlər gətirəcək. 

Alpər TURAN


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6699
GBP 1 İngilis funt sterlinqi 2.3661
TRY 1 Türk lirəsi 0.4512
KWD 1 Küveyt dinarı 5.6551
SEK 1 İsveç kronu 0.2123
EUR 1 Avro 2.0849
CHF 1 İsveçrə frankı 1.7768
USD 1 ABŞ dolları 1.7001