• cümə axşamı, 18 aprel, 08:32
  • Baku Bakı 12°C

“Azərbaycan xalq mahnıları” adlı festivalın növbəti konserti keçirilib

11.10.18 09:30 701
“Azərbaycan xalq mahnıları” adlı festivalın növbəti konserti keçirilib
Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilən "Mədəniyyət” kanalının "Azərbaycan xalq mahnıları” adlı festivalı çərçivəsində növbəti konsert olub.
Trend-in məlumatına görə, gecədə Əməkdar artist Nuriyyə Əhmədova, Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, Səbinə Ərəbli, Abgül Mirzəliyev, Almaxanım Əhmədli, Rəvanə Əmiraslanlı, solistlər Ülviyyə Sədaqət, Aşur Adıgözəlov, Sərxan Bünyadzadə, Könül Məmmədova, Məftun Məmmədov, Nisbət Sədrayev, Səma Sultanova, Elgiz Əliyev, Sədaqət Ulduz, Ariz Hüseynov, Malik Həsənov, Zümrüd Məmmədova, Aqil Rzayev çıxış ediblər.
Konsertdə ifaçıları Xalq artisti Adil Bağırovun bədii rəhbərliyi ilə Əhsən Dadaşov adına "Xatirə” xalq çalğı alətləri ansamblı və Əməkdar artist Nuriyyə Əhmədovanın bədii rəhbərliyi ilə "Dədə Qorqud” folklor ansamblı müşayiət edib.
banner

Oxşar Xəbərlər