• şənbə, 20 Aprel, 04:31
  • Baku Bakı 15°C

“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi ilə bağlı açıqlama

18.04.18 13:54 885
“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi ilə bağlı açıqlama
Mədəniyyət və Turizm Nazirliyi"Azərbaycan Xalq Cümhuriyyəti100” loqotipi ilə bağlı açıqlama yayıb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov APA-ya açıqlamasında bildirib ki, loqotipMədəniyyət və Turizm Nazirliyitərəfindən müsabiqə nəticəsində ərsəyə gəlib və ilkin olaraq tədbirlərdə istifadə oluna bilər:
"Eyni zamanda bildiririk ki, hazırda loqotip üzərində iş davam etdirilir, bütün variantlar müvafiq qaydada təsdiqə veriləcək”.
Qeyd edək ki, loqotip Azərbaycan Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyətiİli” elan edilməsi” haqqında sərəncamlarına əsasən hazırlanır.
banner

Oxşar Xəbərlər