• cümə, 19 Aprel, 18:45
  • Baku Bakı 24°C

Azərbaycan voleybolçuları AÇ-nin II seçmə mərhələsini sonuncu yerdə başa vurublar

16.01.17 11:00 1297
Azərbaycan voleybolçuları AÇ-nin II seçmə mərhələsini sonuncu yerdə başa vurublar
Qadınlardan ibarət U-18 voleybol yığmaları arasında keçirilən Avropa Çempionatının (AÇ) II seçmə mərhələsinin oyunları başa çatıb.
"Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Rumıniyanın Ploieşti şəhərində baş tutan "E" qrupunun sonuncu oyun günündə Azərbaycan millisi Rumıniya ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin tam üstünlüyü şəraitində keçib və Rumıniya millisi 3:0 hesabı ilə qələbə qazanıb (25:4, 25:12, 25:13). Qrupun digər oyununda isə Rusiya millisi Portuqaliyanı 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, "E" qrupunda Rusiya millisi 8 xalla 1-ci yeri tutaraq 1-9 aprel tarixlərində Hollandiyada keçiriləck Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb. Qrupda Rumıniya millisi 7 xalla 2-ci, Portuqaliya yığması isə 3 xalla 3-cü yeri tutub. Rumıniya millisi AÇ-nin final mərhələsini çıxacaq 3 ən yaxşı 2-ci yerin sahibi kimi hələ ki, şansını saxlayır. Azərbaycan millisi yarışı 0 xal ilə sonuncu pillədə başa vurub.
banner

Oxşar Xəbərlər