• şənbə, 20 Aprel, 15:20
  • Baku Bakı 23°C

Azərbaycan vətəndaşlarını Yəməndən təxliyyə edən təyyarə Moskvaya çatıb

03.04.15 05:15 866
Azərbaycan vətəndaşlarını Yəməndən təxliyyə edən təyyarə Moskvaya çatıb
Yəməndən Rusiya, Azərbaycan və digər ölkələrin vətəndaşlarını təxliyyə edən ikinci Rusiya təyyarəsi Moskva vilayətinin Çkalov aerodromuna enib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya, Azərbaycan, Yəmən, Özbəkistan, Tacikistan, Belarus, Polşa, Qırğızıstan və Ukrayna vətəndaşı olan 150 nəfərə yaxın şəxs Moskvaya gətirilib. Bundan əvvəlki reyslə isə 160 yaxın şəxs Yəməndən çıxarılmışdı.
Husi üsyançılarına qarşı hərbi əməliyyat keçirən koalisiya aprelin 1-də Yəmənin paytaxtı Sana şəhərinə enməyə icazə vermədiyi üçün təxliyyə əməliyyatı bir qədər gecikib. İlk təyyarə Misir, ikinci təyyarə isə Cibuti vasitəsilə Rusiyaya uçub.
Bəzi məlumalara görə, Yəməndə 2 min Rusiya vətəndaşı var.
banner

Oxşar Xəbərlər