• cümə axşamı, 28 mart, 17:08
  • Baku Bakı 16°C

Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün müddətində qala biləcəklər

19.10.19 17:45 630
Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün müddətində qala biləcəklər
Qazaxıstanla imzalanan hökumətlərarası Sazişə əsasən Azərbaycan vətəndaşları vizasız 90 gün müddətində Qazaxıstanda qala biləcəklər.
AZƏRTACxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Xidmət rəisi bildirib ki, hazırda Azərbaycan vətəndaşları vizasız qaydada Qazaxıstanda 30 gün müddətində qala bilərlər. Olduğu yer üçün qeydiyyat günü 5 gün müəyyən edilib. Bu Sazişə əsasən Azərbaycan vətəndaşlarının Qazaxıstanda olduğu yer üzrə qeydiyyat müddəti isə artırılaraq 5 gündən 30 günə çatdırılıb. Qazaxıstan vətəndaşlarının da ölkəmizdə qalmaq məsələləri eyni qaydada tənzimlənəcək.
Vüsal Hüseynov bildirib ki, bu Sazişin digər əhəmiyyəti isə miqrasiya sahəsində sıx əməkdaşlıq, məlumat, təcrübə mübadiləsi üçün əsasların yaranmasıdır: "Hesab edirəm ki, Sazişin icrası vətəndaşlarımızın miqrasiya sahəsində hər hansı problemlərinin, narahatlıqlarının olmamasına gətirib çıxaracaq”.
banner

Oxşar Xəbərlər