• çərşənbə, 24 Aprel, 03:35
  • Baku Bakı 14°C

Azərbaycan vətəndaşı Rusiyada həlak oldu - Yol qəzası

29.01.14 11:06 1236
Azərbaycan vətəndaşı Rusiyada həlak oldu - Yol qəzası
APA-nın məlumatına görə, yanvarın 25-də Orenburq-Ufa avtomobil yolunun 591-ci kilometrliyində, Şarlıkskiy rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ölüb, 11 nəfər yaralanıb.
“Subaru” və “VAZ” avtomobillərinin toqquşması nəticəsində ölənlərdən birinin 1985-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olduğu müəyyən edilib. Onun 2013-cü ildə Moskva şəhərində miqrasiya qeydiyyatına düşdüyü, lakin Uxta şəhərində yaşadığı məlum olub.
banner

Oxşar Xəbərlər