• cümə, 29 Mart, 17:07
  • Baku Bakı 14°C

Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib

20.03.19 20:43 485
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov bu ölkənin Baş nazirinin müavini və müdafiə naziri Damir Krstiçeviç ilə görüşüb.
AZƏRTACxəbər verir ki, görüşdə Xorvatiya ilə Azərbaycan arasında dostluq əlaqələrindən, tərəfdaşlıq münasibətlərinin inkişafından danışılıb.
Qeyd olunub ki, müdafiə sahəsində əməkdaşlıq intensivlik baxımından o qədər də nəzərə çarpacaq olmasa da, əsasən hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlığı gücləndirmək üçün qarşılıqlı maraq mövcuddur.
Nazir D.Krstiçeviç aprelin 10-12-də Xorvatiyanın Split şəhərində keçiriləcək Silah və Silahlar üzrə Adriatik Ordu Sərgisinə (ASDA 2019) Azərbaycan tərəfini də dəvət edib.
Tərəflər Cənubi Şərqi Avropada və Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətinə dair fikir mübadiləsi aparıblar.

banner

Oxşar Xəbərlər