AZE | RUS | ENG |

Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov bu ölkənin Baş nazirinin müavini və müdafiə naziri Damir Krstiçeviç ilə görüşüb.
 
AZƏRTAC xəbər verir ki, görüşdə Xorvatiya ilə Azərbaycan arasında dostluq əlaqələrindən, tərəfdaşlıq münasibətlərinin inkişafından danışılıb.
 
Qeyd olunub ki, müdafiə sahəsində əməkdaşlıq intensivlik baxımından o qədər də nəzərə çarpacaq olmasa da, əsasən hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlığı gücləndirmək üçün qarşılıqlı maraq mövcuddur.
 
Nazir D.Krstiçeviç aprelin 10-12-də Xorvatiyanın Split şəhərində keçiriləcək Silah və Silahlar üzrə Adriatik Ordu Sərgisinə (ASDA 2019) Azərbaycan tərəfini də dəvət edib.
 
Tərəflər Cənubi Şərqi Avropada və Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətinə dair fikir mübadiləsi aparıblar.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933