• cümə, 26 Aprel, 08:14
  • Baku Bakı 12°C

Azərbaycan və Vanuatu arasında diplomatik əlaqə yaradılıb

23.09.17 16:15 1233
Azərbaycan və Vanuatu arasında diplomatik əlaqə yaradılıb
Azərbaycan xarici işlər naziriElmar MəmmədyarovBMTBaş Məclisinin 72-ci sessiyası çərçivəsində Vanuatu Respublikasının xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və xarici ticarət naziri Bruno Leingkone ilə görüş keçirib.
APA-nın XİN-in saytına istinadən verdiyi məlumata görə, görüş zamanı Azərbaycanla Vanuatu arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanıb. Bruno LeingkoneAzərbaycanın Vanuatu ilə sözügedən kommünikeni imzalayan 104-cü ölkə olduğunu qeyd edib.
Daha sonra iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və seçkili orqanlarda qarşılıqlı dəstək məsələlərinə toxunulub
Görüşdə tərəflər arasındaBMTBaş Məclisinin 72-ci sessiyasının gündəliyində duran aktual məsələlər müzakirə olunub
banner

Oxşar Xəbərlər