• şənbə, 20 Aprel, 05:57
  • Baku Bakı 15°C

Azərbaycan və Türkmənistan prezidentləri telefonla danışıblar

29.03.14 11:42 1490
Azərbaycan və Türkmənistan prezidentləri telefonla danışıblar
APA-nın xəbərinə görə, bu barədə “turkmenistan.ru” saytı məlumat yayıb. Saytın məlumatına əsasən tərəflər ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri haqda fikir mübadiləsi aparıblar və qarşılıqlı faydalı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu qeyd ediblər.
Dövlət başçıları konstruktiv dövlətlərarası dialoqun möhkəmləndirilməsinə yönəlmiş müntəzəm XİN-lərarası məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Humanitar-mədəniyyət əlaqələrinin əhəmiyyətinə toxunan prezidentlər bu istiqamətdə məhsuldar əməkdaşlığın fəallaşdırılmasının zəruriliyini vurğulayıblar.
Söhbət zamanı tərəflər qarşılıqlı maraq doğuran aktual regional və beynəlxalq məsələlərə də toxunublar.
Prezident İlham Əliyev həmkarını Azərbaycana səfərə dəvət edib. Səfərin tarixi diplomatik kanallarla razılaşdırılacaq.
banner

Oxşar Xəbərlər