• çərşənbə, 24 Aprel, 04:03
  • Baku Bakı 14°C

Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq - Saziş təsdiqləndi

06.05.16 12:39 1039
Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq - Saziş təsdiqləndi
Milli Məclis Azərbaycan və Türkiyədə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması barədə sazişi təsdiqləyib
Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-ın xəbərinə görə, məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Daha sonra Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış sazişi təsdiqləyib.
Beləliklə, artıq Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.
banner

Oxşar Xəbərlər