AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək

Azərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək

Cəmiyyət
24 Fevral 2020, 15:30 622
Azərbaycan və Türkiyə yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək.
Bunu Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.
Qeyd olunub ki, iki qardaş ölkə bu sahədə əməkdaşlığı gücləndirməklə yanaşı, qarşılıqlı təcrübə mübadiləsi də aparacaqlar:
"Süni intellekt, bulud texnologiyası, robot texnologiyası və nanotexnologiyalar sahəsində əməkdaşlıq daha da gücləndiriləcək”.
Mənbə onu da əlavə edib ki, tərəflər, o cümlədən startapların dəstəklənməsi sahəsində bilik və təcrübə mübadiləsi aparacaq:
"Əməkdaşlıq bu il və qarşıdakı 2021-ci illər ərzində nəzərdə tutulur".
Qeyd olunub ki, Türkiyə rabitə sahəsi üzrə müstəqil tənzimləyici qurumun yaradılması ilə əlaqədar Azərbaycanla öz təcrübəsini də paylaşa bilər.