• cümə axşamı, 28 mart, 23:54
  • Baku Bakı 13°C

Azərbaycan və Türkiyə turizm sahəsində mütəxəssislərin ixtisaslaşması üçün birgə işlər görür

09.04.17 21:22 1195
Azərbaycan və Türkiyə turizm sahəsində mütəxəssislərin ixtisaslaşması üçün birgə işlər görür
Azərbaycanın turizm sahəsində idarəetmə ilə bağlı təcrübəsi az olduğundan Türkiyənin təcrübəsinə ehtiyacı var.
Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi deyib.
Müşavirin sözlərinə görə, Türkiyənin turizm şirkətlərinin dünyada rəqabətə girə bilən potensialı və peşəkar idarəetmə sistemləri var.
Son 5 ildə Azərbaycanda turizm sahəsinə xeyli investisiya yatırıldığını qeyd edən İ.Çiftçi əlavə edib ki, Türkiyənin turizm potensialından istifadə edərək bəzi sahələr üzrə birgə işlər görməyi planlaşdırırlar.
Türkiyənin turizm sahəsində Azərbaycanla əlaqələrini daha da genişləndirməyə çalışdığını deyən İ.Çiftçi bildirib ki, hazırda Azərbaycanda turizm sahəsi üzrə mütəxəssislərin ixtisaslaşması ilə bağlı birgə işlər görülür.
banner

Oxşar Xəbərlər