AZE | RUS | ENG |

Azərbaycan və Türkiyə prezidentləri arasında görüş olub

Azərbaycan və Türkiyə prezidentləri arasında görüş olub
Azərbaycan prezidenti İlham Əliyevin iyunun 12-də Əskişəhərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
 
APA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdiyi mühüm qlobal layihələrin, o cümlədən TANAPlayihəsinin əhəmiyyəti vurğulanıb.
 
Söhbət zamanı enerji sahəsində geniş əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Dövlət başçıları əminliklərini bildirdilər ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək və genişlənəcək.
 
Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.93
GEL 1 1 Gürcüstan larisi 0.5945
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1564
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1834
CHF 1 1 İsveçrə frankı 1.7334
KWD 1 1 Küveyt dinarı 5.5984
TRY 1 1 Türkiyə lirəsi 0.2943