• cümə axşamı, 25 aprel, 16:08
  • Baku Bakı 23°C

Azərbaycan və Türkiyə birgə hərbi təlimi keçirilib

24.02.14 13:27 1249
Azərbaycan və Türkiyə birgə hərbi təlimi keçirilib
APA-nın Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən verdiyi məlumata görə, iki gün davam edən təlimdə hər iki ölkənin bölmələri tərəfindən birgə praktik atışlar reallaşdırılıb.
Təlimin məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birlikləri və şəxsi heyəti arasında dostluq əlaqələrini gücləndirmək, birliklərin qarlı və şiddətli soyuqlarda döyüş imkan və qabiliyyətlərini sınaqdan çıxarmaq, qış şərtlərində ərazidə yerləşmə, iaşə, geyim, təchizat və baxım fəaliyyətlərini öyrənməkdir.
Təlimə 85-i Azərbaycandan olmaqla 1714 nəfər qatılıb.
banner

Oxşar Xəbərlər