AZE | RUS | ENG |

Azərbaycan və Türkiyə arasında yeni əməkdaşlıq protokolu imzalandı

Azərbaycan və Türkiyə arasında yeni əməkdaşlıq protokolu imzalandı
"Sumqayıt Kimya Sənaye Parkı” MMC, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Türkiyənin Standartlar İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.
Trend-in məlumatına görə, imzalanma mərasimi Bakıda keçirilən "Standartların tətbiqi - Azərbaycan-Türkiyə əməkdaşlığı” beynəlxalq konfransında baş tutub.
Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, bu sənəd standartların sənaye parkların fəaliyyətinə, eyni zamanda parkda fəaliyyət göstərən müəssisələrin işinə çox böyük təsir göstərəcək.
Qeyd edilib ki, Türkiyə Elm, Texnologiya və Sənaye Nazirliyi, Türkiyə Standartlar İnstitutu və Azərbaycan İqtisadiyyat Nazirliyinin əməkdaşlığı sayəsində, eyni zamanda Sumqayıt Kimya Sənaye Parkı və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun bu prosesdə yaxından iştirak edirlər və bu məsələyə həm Türkiyə, həm də Azərbaycan tərəfindən böyük önəm verilir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287