• cümə axşamı, 28 mart, 23:41
  • Baku Bakı 13°C

Azərbaycan və Səudiyyə Ərəbistanı orduları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

07.04.19 20:09 390
Azərbaycan və Səudiyyə Ərəbistanı orduları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimizin orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş" imzalanıb.

banner

Oxşar Xəbərlər